Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
FOTO

Qondarma erməni soyqırımı ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilib.

 

Senzor.az bildirir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli ölkələrin bayraqları ucaldılıb, “ASALA erməni terroruna görə cavab verməlidir”, “ABŞ Türkiyə-Ermənistan Tarixi Komissiyasını dəstəkləyir”, “Barışıq saxta ittihamdan yaxşıdır” kimi şüarlar səsləndirilib, terrorun qurbanı olan diplomat və ailələrinin fotoları nümayiş olunub, türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir.

 

Yerli vaxtla axşam saatları nümayiş iştirakçıları şüarlarını Azərbaycanın və Türkiyənin ABŞ-dakı səfirliklərinin qarşısından yürüməklə Şeridan dairəsindən keçən və Ağ Evə doğru hərəkət edən erməni diasporuna qarşı səsləndiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.