Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ Prezidenti kimi fəaliyyəti amerikalıların əksəriyyəti tərəfindən dəstəklənir.
Senzor.az bildirir ki, “Associated Press“ üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrindən bu qənaətə gəlmək olar.
Araşdırmaya əsasən, amerikalıların 70 faizi Trampın fəaliyyətini öz gözləntilərinə uyğun qiymətləndirib. Bununla belə, qeyd olunur ki, bu göstərici amerikalıların əksəriyyətinin Prezidentin siyasətindən tam razı olduğu anlamına gəlmir.
Belə ki, sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələri səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% isə ABŞ-ın Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.
Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək 1200-dən çox amerikalı arasında aparılıb.