İranın Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan əyalətində üçgünlük matəm elan edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Məlumata görə, Hörmüzqan valisi Şəhid Rəcai limanında 18 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından bu qərarı açıqlayıb.
Vali onu da bildirib ki, partlayış nəticəsində ölənlərin sayı arta bilər.