Aprelin 28-i İranda Milli Matəm Günü elan olunub.
Bununla bağlı “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranda Milli Matəm Günü elan olunmasına səbəb Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışda həlak olanların xatirəsini anmaqdır.
Qeyd edək ki, ötən gün Şəhid Rəcai limanında partlayış baş verib. Nəticədə, indiyə olan məlumata görə, 36 nəfər həlak olub, 1241 nəfər isə yaralanıb.