Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.
Senzor.az bildirir ki, bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.
Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək.
Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının bir il müddətinə müvəqqəti Baş katibi seçilib.
Qeyd edək ki, bu dövr ərzində qurumun daxili strukrutu dəqiqləşəcək və 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası çağırılacaq.