Trampın xüsusi nümayəndəsi Rusiyanın yeni atəşkəs təklifi haqda:
“3 GÜN ABSURDDUR, ƏN AZI 30 GÜN...”

Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.

 

Bunu “Fox News” telekanalında açıqlamasında ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

 

“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli - quruda, havada, dənizdə, o cümlədən infrastrukturda - ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, - o deyib.

 

Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.

 

Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-ın təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.