"ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda bir daha vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb".
"İnterfaks" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
"Bizim bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtı çatıb ", - deyə o vurğulayıb.