ABŞ Prezidenti Donald Tramp 11 noyabr və 8 may tarixlərini müvafiq olaraq I və II Dünya müharibəsində Qələbə Günü elan edib.
Senzor.az bildirir ki, bu barədə o, “Truth Social”dakı hesabında yazıb.
"Bir çox müttəfiqlərimiz 8 mayı Qələbə Günü kimi qeyd edirlər, lakin məhz biz qələbə üçün hər hansı digər ölkədən daha çox şey etmişik", - deyə Tramp yazıb.
Onun sözlərinə görə, ABŞ həm Birinci, həm də İkinci Dünya müharibələrini qazanıb.
"Cəsarət, güc və hərbi ustalıq baxımından amerikalılara heç kim yaxın olmayıb", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, yenidən qələbələri bayram etməyin vaxtı gəlib. Buna görə də 11 noyabrı Birinci Dünya müharibəsində, 8 mayı isə İkinci Dünya müharibəsində Qələbə Günü elan edib.