Almaniyada AfD partiyası "sağ ekstremist" kimi tanındı – ŞOLTSDAN REAKSİYA
VİDEO

Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsi (ölkənin əks-kəşfiyyatı) Almaniya üçün Alternativ Partiyasının (AfD) bütövlükdə "sağ ekstremist" kimi təsnif edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qurumun bəyanatında belə deyilir.

 

Sənəddə, eyni zamanda, partiyanın ekstremist istiqamətlə və insan ləyaqətinə hörmətsizliklə xarakterizə olunduğu vurğulanır.

 

İdarənin məlumatına görə, partiyada üstünlük təşkil edən etnik mənşəyə əsaslanan xalq anlayışı əsas azad demokratik nizamla bir araya sığmır. Məsələn, AfD müsəlmanların üstünlük təşkil etdiyi ölkələrdən miqrasiya tarixinə malik Almaniya sakinlərini alman xalqının bərabərhüquqlu üzvləri hesab etmir.

 

Bəyanatda qeyd olunur ki, partiya siyasətçiləri də daim qaçqınlara və miqrantlara qarşı təbliğat aparıblar.

 

Partiyanın "qərarlaşmış ekstremist təşkilat" kimi təsnifatı AfD-ni izləmək üçün kəşfiyyat vasitələri adlanan alətlərdən istifadə maneələrini azaldır. Bu, görüşləri müşahidə etməyə, telefonları dinləməyə və informatorları cəlb etməyə imkan verir. Eyni zamanda, Almaniya üçün Alternativ Partiyasının mümkün qadağası barədə siyasi müzakirələrin sürətlənəcəyi ehtimal olunur.

 

Bu arada Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts "Almaniya üçün Alternativ" (AfD) partiyasının qadağan edilməsi prosedurunda tələsməməyi məsləhət görüb. 

 

"Mən tez zərbəyə qarşıyam, biz təsnifatı diqqətlə qiymətləndirməliyik", - O.Şolts bildirib.

 

O qeyd edib ki, Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarə AfD-nin sağçı ekstremist kimi təsnifatı üçün çox ətraflı əsaslandırma təqdim edib: “Lakin partiyanın mümkün qadağan edilməsi proseduru tələsik olmamalıdır”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.