Xəbər verdiyimiz kimi, bir neçə saat öncə Husilər tərəfindən İsrailin Ben-Qurion hava limanına hipersəsli ballistik raketlərlə zərbələr enidirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə səbəbilə Ben-Qurion hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
“Jerusaleem Post” son olaylara görə bir neçə beynəlxalq aviaşirkətin İsrailə uçuşları 7 may tarixinədək dayandırdığını açıqlayıb. Həmin şirkətlər arasında Azərbaycan Hava Yollarının (AZAL) da olduğu qeyd edilib.