Baş nazir İrakli Kobaxidze artıq həm də hakim “Gürcü Arzusu” Partiyasının sədridir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kobaxidze partiyanın Tbilisidə keçirilən qurultayında sədrseçilib.
Partiyanın əvvəlki sədri İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan etdikdən sonra bu vəzifə boş qalmışdı.
Qeyd edək ki, İrakli Kobaxidze 2021–2024-cü illər ərzində də “Gürcü Arzusu”nun sədri vəzifəsini icra edib.