Ukrayna və müttəfiqləri 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.

 

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa özünün “X” səhifəsində bildirib.

 

Onun sözlərinə görə, Kiyevdə “könüllülər koalisiyası”nın görüşündən sonra Zelenski və Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ lideri ilə sülh səyləri ilə bağlı konstruktiv telefon danışığı aparıblar.

 

“Ukrayna və müttəfiqləri 12 maydan başlayaraq quruda, havada və dənizdə ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar”, - deyə o əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.