Britaniyanın MI6 xarici kəşfiyyatının hazırkı rəhbəri, 62 yaşlı Riçard Mur payızda 5 illik xidmət müddətini başa vuraraq istefaya gedəcək. Onu əvəzləmək üçün 3 nəfərin namizədliyinə baxılır. Onların üçü də qadındır.
“Times” yazır ki, namizədlərdən birinin kimliyi bəllidir: Britaniyanın 2015-2020-ci illərdə Çindəki səfiri olmuş Barbara Vudvord. O, hazırda Britaniyanın BMT-dəki diplomatik missiyasına rəhbərlik edir.
Amma bəziləri Vudvordun Çinə rəğbətinin olduğunu deyərək, onun namizədliyinə qarşı çıxırlar.
Bundan əlavə, ser Riçard Mur Vyetnam, Pakistan, Türkiyə, Malayziyada məxfi fəaliyyət göstərmiş peşəkar kəşfiyyatçı idi. Barbara Vudvord isə mülki şəxsdir. Onun namizədliyinə qarşı çıxanlar bunu da arqument kimi göstərirlər.