Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə anadan olub. Əslən Neftçala rayonundandır. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.