Böyük ehtimalla, Krım Rusiyanın olaraq qalacaq.
Bunu Fransa prezidenti Emmanuel Makron BFMTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya ilə münaqişədən sonra bütün ərazilərin geri alına bilməyəcəyi ukraynalılar üçün tamamilə aydındır.
Fransa prezidenti bildirib ki, 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım Rusiya və Ukrayna arasında danışıqların əsas maddələrindən birinə çevrilməlidir: “Əgər iki ölkə arasında sülh bağlanarsa, bu ərazi çox güman ki, Rusiyanın tərkibində qalacaq”.