Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışlarında iştirakdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq qanun layihəsi Nazirlər Kabinetinin iclasında təsdiqlənib.
Toplanışlarda iştirakdan yayınanlara əməkhaqqının 20 misli miqdarında cərimə və ya iki aydan üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.