NATO-nun baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanın göndərdiyi heyətin tərkibindən narazıdır.
"İnterfaks" xəbər verir ki, bu barədə o, Antalyada NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında danışıb.
"Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib", - deyə o vurğulayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Yeri gəlmişkən, İstanbulda 2022-ci ilin yazında keçirilən danışıqlarda da Rusiya qrupuna o başçılıq etmişdi.