ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin sülh nizamlanması üzrə danışıqlar mövqeyində kozırlaranın olmadığını bildirib.
Ağ Ev rəhbəri bunu "Fox News" telekanalına müsahibəsində söyləyib.
"Zelenski ilə çox çətin danışıqlarım oldu, çünki onun dedikləri xoşuma gəlmirdi. Mən həmişə söyləmişəm ki, onun əlində kozırlar yoxdur", - deyə D.Tramp vurğulayıb.
D.Tramp, həmçinin qeyd edib ki, V.Zelenski Vaşinqtona gələn və hər dəfə on milyonlarla gedən "dünyanın ən böyük alverçisidir. Konqres çox narazıdır: “Onlar deyirlər: “Bu pullar hara gedir? Biz sadəcə qəbz, nağd pul göndəririk. Pullar hanı?””.