Mahmud Abbas HƏMAS-ı silahları təhvil verməyə çağırdı

Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağına nəzarətdən əl çəkməyə və silahlarını təhvil verməyə çağırıb.

 

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Fələstin prezidenti İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitində danışıb.

 

"Biz Qəzza zolağının yenidən qurulması planının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Qahirədə beynəlxalq konfrans keçirməyə dəvət edirik", - Abbas bildirib.

 

Fələstin prezidenti "ərəb planı" çərçivəsində bütün məhbusların azad edilməsini və Qəzzada uzunmüddətli atəşkəsin əldə olunmasını, həmçinin bölgəyə humanitar yardımın bərpasını istəyib.

 

Abbas, həmçinin İordan çayının Qərb sahilində və Qüdsdə islahatlar və inkişaf proqramları üçün investisiya ayırmağa çağırıb.

 

"Biz vahid sistem, vahid qanun və vahid ordu istəyirik. Gələn il İordan çayının Qərb sahilində, Qəzzada və Qüdsdə lazımi şərtlər yerinə yetirilən kimi prezident və parlament seçkisini keçirməyə hazırıq. Biz dövlət institutlarında islahatlara davam edəcəyik", - deyə o, fikrini yekunlaşdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.