Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində ABŞ-la ədalətli və balanslı nüvə sazişi əldə etmək istəyir.
Senzor.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Arakçı deyib.
“Biz ədalətli və balanslaşdırılmış - İranın nüvə sahəsində hüquqlarına tam hörmətlə yanaşan və sanksiyaların tam ləğvinə aydın təminat verən saziş istəyirik”, - Arakçı bildirib.