Baydenə xərçəngin "aqressiv forması" diaqnozu qoyuldu – TRAMPDAN REAKSİYA

ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və şiş sümüklərinə yayılıb.

 

Bu barədə CNN məlumat yayıb.

 

Məlumata görə, diaqnoz cümə günü həkimlər onun prostat vəzində əlavə müayinə tələb edən kiçik şiş aşkarlandıqdan sonra qoyulub.

 

"Xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonal terapiyaya həssasdır və effektiv müalicə edilir", - Baydenin nümayəndələri əlavə edib.

 

Sabiq prezident və ailəsi hazırda müalicə variantlarını nəzərdən keçirir.

 

Məlumat yayılandan sonra ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabından Baydenlə bağlı paylaşım edib: “Melaniya və mən Co Baydenə qoyulan son tibbi diaqnozdan çox kədərləndik. Cill və onun ailəsinə ən səmimi,ən xoş arzularımızı çatdırırıq, Coya tezliklə sağalmağı arzu edirik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.