Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılmasını müzakirə etmir.
"Sputnik Ermənistan" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
"Belə bir şey yoxdur... Bu, absurddur, bunu birinci dəfədir sizdən eşidirəm. Bu, müzakirə mövzusu deyil və müzakirə edilə bilməz", - deyə A.Simonyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının gələcək taleyi haqqında suala cavab verərkən vurğulayıb.