Ərdoğan: "Mənim yenidən seçilmək kimi bir dərdim yoxdur"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışlarına münasibət bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Macarıstandan qayıdarkən jurnalistlərin suallarına cavab verərkən  danışıb.

 

 Prezident Türkiyənin hazırda tarixinin ən güclü dövrünü yaşadığını vurğulayıb: "Türkiyəni belə bir çətinliyə salmarıq, buna ehtiyac da yoxdur. Türkiyə hazırda tarixinin ən sabit və güclü dövrünü yaşayır. CHP-nin hər məğlubiyyətdən sonra vaxt keçdikcə "növbədənkənar seçki" çağırışlarına başlaması yeni deyil. Onlar bu çağırışlara sərf etdikləri vaxtı xalqa xidmətə sərf etsələr, bəlkə də xalqın rəğbətini qazana bilərlər".

 

O vurğulayıb ki, hazırda parlamentdə ara seçki tələb edən bir vəziyyət də yoxdur.

 

"Millət vəkilləri beş il üçün seçiliblər. Özgür Bəyin dediyi də əslində növbədənkənar seçki yox, ara seçkidir - bunlar fərqli anlayışlardır. Biz ölkəni riskə atacaq belə çağırışlara icazə vermərik. İqtisadiyyatda, təhlükəsizlikdə və xarici siyasətdə böyük uğurlar əldə edirik. Bu sabitliyi pozmağa imkan vermərik", - deyə dövlət başçısı vurğulayıb.

 

Prezident, həmçinin bildirib ki, ölkəyə yeni konstitusiya lazımdır.

 

"Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir dərdim yoxdur. Bizi yalnız ölkəmizin nüfuzunu necə artıra biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni bir dövrdə yaşayırıq. Belə sürətlə dəyişən dünyada köhnə Türkiyədə dövlət çevrilişi şəraitində yaradılmış və hələ də çevriliş mentalitetini qoruyub saxlayan konstitusiya ilə nəyəsə nail olmaq mümkündürmü? Türkiyə artıq çevrilişçilər tərəfindən yazılmış və təklif edilmiş konstitusiya ilə gələcəyə doğru irəliləyə bilməz. İndi bizə qiyamçılar tərəfindən deyil, mülki şəxslər tərəfindən təklif olunan konstitusiya lazımdır", - deyə o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.