Lalə Şövkətdən çağırış:
AYIQ OLUN!

Son günlər sabiq dövlət katibi Lalə Şövkətin səhhəti ilə bağlı yenə müxtəlif iddialar səsləndirilir. Onun yerimə qabiliyyətini itirdiyi də iddialar sırasındadır.

 

Keçmiş dövlət katibinin köməkçisi və oğlu Sidqi Şövkət Modern.az-a açıqlamasında bildirib ki, anasının vəziyyəti qənaətbəxşdir: "Lalə Şövkət hazırda Bakıdadır. Son 10 ildə paytaxtı tərk etməyən Lalə xanımın əsas sağlamlıq problemi ürəyi ilə bağlıdır. O heç vaxt hərəkət qabiliyyətini itirməyib və səhhətində ciddi geriləmə müşahidə olunmayıb".

 

S.Şövkət deyib ki, Lalə Şövkət siyasi prosesləri izləyir və Azərbaycanı ayıq olmağa çağırır: "Dünya miqyasında siyasət sözü öz mahiyyətini itirib. Geosiyasətdə, beynəlxalq münasibətlərdə xaos və alverxana baş alıb gedir. Buna görə də Azərbaycan gərək ayıq olsun və öz təhlükəsizliyini tam təmin eləsin. Qarşıda çox xoşagəlməz hadisələr ola bilər".

 

Bəs Lalə Şövkət keçmiş siyasətçilərdən kimlərlə əlaqə saxlayır?

 

S.Şövkət suala belə cavab verib: "Lalə xanım heç vaxt öz görüşləri haqqında danışmır, hesabat vermir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.