Səudiyyə Ərəbistanında bəzi turizm məkanlarında alkoqollu içkilərin istifadəsinə
İCAZƏ VERİLƏCƏK

2026-cı ildən Səudiyyə Ərəbistanı Krallığında 600 turizm məkanında alkoqollu içkilərin istehlakına icazə veriləcək.

 

“Travelandtourworld” saytı xəbər verir ki, siyahısı qabaqcadan müəyyənləşdirilmiş turizm obyektlərində məhdud miqdarda alkoqol – pivə və şərab istehlakı mümkün olacaq.

 

Saytın məlumatına görə, icazə beşulduzlu hotellərin və kurortların, xarici markalarla tərəfdaşlıq edən icazəli turizm kəndlərinin daxilində tətbiq olunacaq.

 

İctimai yerlərdə, pərakəndə satış məkanlarında, vətəndaşların evlərində alkoqol satışı və istifadəsi qadağan olaraq qalacaq.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı “2030-cu il: Gələcəyə baxış” proqramı çərçivəsində turizmin ÜDM-də payını 10 faizə çatdırmağı və ildə 100 milyon turisti cəlb etməyi planlaşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.