Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ali Məclisinin iclası keçirilib.
Partiyadan Senzor.az-a bildirilib ki, iclasda keçən dövr ərzində qəbul olunmuş qərarların icrası və Partiyanın fəaliyyəti, görülən işlər və qarşıdakı vəzifələrlərlə bağlı məlumatlar verilib, müzakirələr aparılıb.
AMİP XIII Qurultayının çağırılması və rayon (şəhər) təşkilatlarında hesabat-seçki konfranslarının keçrilməsi ilə bağlı qərar qəbul olunub. Konfransların keçirilməsi və Qurultaya nümayəndəlik norması ilə bağlı təlimatlar müzakirə olunaraq qəbul edilib.