Ermənistan Xarici İşlər Nazirliyi (XİN) "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazırdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan XİN-in yaydığı bəyanatda belə deyilir.
"Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə "3+3" formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.