Ankara Hüquq Məhkəməsi müxalif Səadət Partiyasının keçmiş sədri Təməl Karamollaoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə 70 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabından açıqlama verib.
“Təməl Karamollaoğlunun 2024-cü il fevralın 22-də bir televiziya kanalında prezidentin guya mərhum Nəcməddin Ərbakanı həbs etdirməyə və evini polislə mühasirəyə alaraq onu gözdən salmağa çalışdığı iddiası ilə bağlı məhkəmə Prezidentimizin xeyrinə qərar verib”, - vəkil bildirib.