ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak Azərbaycana gəlib.
Senzor.az bildirir ki, bu barədə ABŞ səfirliyinin sosial şəbəkə hesabındakı paylaşımında məlumat verilib.
"Bu gün müvəqqəti işlər vəkili Huqo Gevara səfirlik binasında ABŞ dövlət katibinin müavininin köməkçisi Coşua Hakı və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelkeni [Wyatt Toehlke] qəbul edib. Onlar Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-ın maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər ediblər", - diplomatik missiyanın məlumatında bildirilib.