ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırıb - "THE WALL STREET JOURNAL"

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini faktiki olaraq dayandırıb.

 

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

 

Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətlərə fasilə verilməsini tələb edən təlimat göndərib.

 

Nəticədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dayanıb.

 

Eyni zamanda, K.Livittin müavini Anna Kelli məsələ ilə bağlı verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib.

 

Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə Tehrana mayın 21-də məhdudiyyətlər qoyub. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.