"İstanbulda Rusiya və Ukrayna arasında keçirilmiş danışıqlardan sonra Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında sammitin təşkili təşəbbüsü ilə çıxış etməyi planlaşdırır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mənim hər iki tərəf üçün ən böyük arzum Putin və Zelenskini İstanbulda, yaxud Ankarada bir araya gətirməkdir. Əgər onlar razılaşsalar, ABŞ Prezidenti Trampı da iştiraka cəlb etmək istərdim", - deyə o vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, administrasiyası belə bir görüşün təşkili üçün addımlar atacaq.