CHP qurultayı ilə bağlı istintaq başa çatdı: KILIÇDAROĞLU ZƏRƏRÇƏKMİŞ, İMAMOĞLU ŞÜBHƏLİ OLDU
VİDEO

Ankara Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında baş verdiyi iddia edilən pozuntularla bağlı istintaqı başa çatdırıb. 

 

Senzor.az bildirir ki, bu bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Qeyd olunub ki, Ankara Respublika Baş Prokurorluğunun keçmiş Hatay Böyükşəhər Bələdiyyə sədri Lütfü Savaşın şikayəti əsasında Özgür Özəlin CHP sədri seçildiyi CHP-nin 38-ci Qurultayındakı “şübhəli məqam” iddiaları ilə bağlı apardığı təhqiqat nəticəsində İstanbul meri Əkrəm İmamoğlu, İzmir meri Cemil Tuqay, CHP-nin İstanbul özəyinin başçısı Özgür Çelik, Beşiktaş meri Rıza Akpolat və CHP-nin Ərzurum özəyinin başçısı Serhat Can Eş də daxil olmaqla 12 nəfər barəsində ittiham aktı tərtib edilib.

 

İttiham aktında göstərilir ki, 4-5 noyabr 2023 tarixlərində Ankarada keçirilmiş qurultayda Əkrəm İmamoğlunun rəhbərlik etdiyi mütəşəkkil qrup nümayəndələrə Özgür Özəlin namizədliyinə səs vermələri müqabilində pul mükafatları, bələdiyyələrdə və bələdiyyə şirkətlərində vəzifələr təklif edib. Nümayəndələrin bir qismindən doldurulmuş bülletenlərin fotoşəkillərini göndərmələri tələb edilib. Bundan əlavə, qurultayda Kamal Kılıçdaroğlunun namizədliyini geri götürməsi barədə yalan məlumatların yayıldığı və bunun səsvermənin növbəti mərhələsinə keçidi ləngitdiyi iddia edilir.

 

Prokurorluq təqsirləndirilən şəxslər üçün üç ilədək azadlıqdan məhrumetmə və cəza müddəti ərzində siyasi fəaliyyətlə məşğul olmaq qadağası tələb edib.

 

İttiham aktında Kamal Kılıçdaroğlu zərərçəkmiş kimi təqdim olunub. Bununla belə, ona ifadə vermək üçün dəvət göndərilsə də, o, prokurorluğa gəlməyib. İş üzrə şikayətçi keçmiş Hatay meri Lütfü Savaş olub, o, fevralın 25-də şikayət ərizəsi təqdim edib və şahid qismində ifadə verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.