Xamenei ABŞ-ın şərtlərini rədd etdi:
“BOYUN ƏYMƏYƏCƏYİK!”

“ABŞ-ın İranla danışıqlar zamanı Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın ali dini rəhbəri Əli Xamenei deyib.

 

“Bizim maraqlarımızı qoruyan əsas prinsip “bacarırıq” prinsipidir. Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının son raundunda ABŞ-ın irəli sürdüyü bütün təkliflər bu prinsipə 100 faiz ziddir”, - İranın dini rəhbəri qeyd edib.

 

Əli Xamenei İranın öz düşmənlərinə boyun əyməyəcəyini bəyan edib.

 

O, həmçinin əlavə edib ki, uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala, ölkəsini isə digər ölkələrdən asılı vəziyyətə sala bilər: “Uranı zənginləşdirmək imkanı olmadan nüvə sənayesi faydasızdır. Çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əlimizi yanımıza salıb dayanmalı olacağıq. Bu, sizdə neftin olması, amma onu öz ərazinizdə emal etmək imkanına malik olmamağınızla müqayisə oluna bilər. Neftiniz var, amma benzini başqalarından almalısınız”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.