CHP-də Kılıçdaroğlunun qayıdışına hazırlıq başladı
İMAMOĞLU PARTİYADAN QOVULACAQ?

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu məhkəmənin partiyanın 38-ci qurultayının nəticələrini ləğv etməsi ehtimalı ilə bağlı hazırlıqlara başlayıb.

 

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

 

Nəşr yazır ki, partiya dairələrində məhkəmə prosesinin nəticəsindən asılı olaraq müxtəlif ssenarilər müzakirə edilir: “Kamal Kılıçdaroğluna yaxın şəxslərin qurultayın mümkün ləğvi qərarından sonra partiyanın yenidən qurulması üçün hazırlıq gördüyü iddia olunur. Bu hazırlıqlar çərçivəsində kimin İdarə Heyətinə gətiriləcəyi və yeni qurultayın nə vaxt toplanacağının müzakirə edildiyi bildirilir. Qurultay ləğv olunarsa, Kılıçdaroğlunun yenidən partiya sədrliyinə dönəcəyi demək olar ki, dəqiqləşib”.

 

Nəşrin məlumatına görə, Kılıçdaroğlu və komandası CHP rəhbərliyinə geri dönsə, yeni qurultay ən azı bir il təxirə salınacaq: “Bildirilir ki, məhkəmə prosesi partiyanı Kılıçdaroğlunun rəhbərliyinə qaytararsa, başda İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özəl olmaqla bəzi fiqurların partiyadan qovulması gündəmdə ola bilər. İmamoğlunun həbsdə olması və ona qarşı davam edən istintaqı bu prosesi sürətləndirə bilər. CHP dairələrində Kamal Kılıçdaroğlunun partiyada yeni nizam quracağı və genişmiqyaslı təmizləmə aparacağı haqda danışılır”.

 

Teleqraf xatırladır ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub. Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb. Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.