İyunun 7-də Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək bütün ermənilərin katolikosu II Qareginlə şəxsi söhbət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, eks-prezident söhbət zamanı katalikosa tam dəstəyini ifadə edib.
Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.
Xatırladaq ki, son günlər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi qarşıdurma yaşanır.