Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir.
Senzor.az bildirir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
"Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini, yəni ərazi bütövlüyünü, güc tətbiq edilməməsini və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib", - məlumatda deyilir.
Məsələyə Kremldən maraqlı reaksiya veriblər. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyindən xəbərdardır, lakin Türkiyənin NATO üzvü kimi mövqeyi ilə bağlı bəzi ziddiyyətlər var.