ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.
Senzor.az bildirir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.
Qeyd edək ki, Emi Karlon ABŞ-ın Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb.
O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.
O, 2022-ci ilin iyunundan 2024-cü ilin avqustunadək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib.
Diplomat İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.