"Hizbullah" hərbi birləşmələrini tərksilah etməyi planlaşdırmır.
Senzor.az bildirir ki, bunu bu gün "Hizbullah"ın lideri Naim Qasem bəyan edib.
Naim Qasem deyib ki, İsrailin təhdidlərinə və artan beynəlxalq təzyiqlərə, o cümlədən Livan hökumətinin çağırışına baxmayaraq, “Hizbullah” silahı yerə qoymayacaq və təslim olmayacaq. “Hizbullah”ın lideri Livan hökumətini atəşkəs razılaşmasına baxmayaraq İsraiin davam edən hücumları qarşısında susmaqda da günahlandırıb.
Livanın paytaxtı Beyrutun cənub sakinlərinə nümayiş olunan televiziya müraciətində Qasem qeyd edib ki, İsraillə vəziyyətin normallaşması üçün qarşı tərəfin "işğal edilmiş əraziləri tərk etməsi, təcavüzü dayandırması, məhbusları azad etməsi" tələb olunur. "Hizbullah" başçısının sözlərinə görə, bu şərtlər yerinə yetirildikdən sonra regionda gərginliyin azaldılması üçün növbəti addımları müzakirə etmək mümkün olacaq.