ABŞ-ın hazırkı Prezidenti Donald Trampın administrasiyası Ukraynanın ağır durumundan istifadə edir.
Bunu İsveç Beynəlxalq Münasibətlər İnstitutunun nəzdində yerləşən Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin politoloqu və analitiki Andreas Umland "Der Tagesspiegel" nəşrinə müsahibəsində deyib.
"ABŞ Sovet İttifaqının dağılmasından sonra Ukraynanın tərksilah edilməsinə töhfə verib. Onlar təkid edirdilər ki, Ukrayna təkcə nüvə başlıqlarından deyil, həm də çatdırılma sistemlərindən - bombardmançı təyyarələrdən, qanadlı raketlərdən, raketlərdən imtina etsin", - ekspert bildirib.
Umlandın sözlərinə görə, hazırda Vaşinqton Ukraynanın çətin vəziyyətindən öz xeyrinə istifadə edir: “Bu müəyyən mənada Ukraynaya xəyanətdir”.(Teleqraf)