Vəkil həmkarına qarşı təhqir və böhtanda ittiham olunaraq həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə iddiaçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.
O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Adəm Məmmədov və qardaşına verilmiş cəza dəyişdiriləmədın saxlanılıb.
Xatırladaq ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 9 ay müddətinə islah işləri cəzası verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılıb.