Suriyada zorakılığın yeni mərhələsi dərin narahatlıq doğurur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
Qeyd olunub ki, mülki şəxslərə qarşı qəbuledilməz amansız qisas halları ilə bağlı məlumatlar xüsusilə narahatlıq doğurur: “Moskva dinc əhalinin həyatına və təhlükəsizliyinə hücumların qəbuledilməz olduğunu hesab edir. Rusiya tərəfi dəfələrlə İsrailin Suriyadakı özbaşına hərbi hərəkətlərini qiymətləndirib”.
Rəsmi Moskva hesab edir ki, ölkənin suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasını göstərən bu hücumlar kəskin qınanmalıdır.