Ərdoğan: Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək
VİDEO

Türkiyə regionda baş verə biləcək istənilən ssenariyə qarşı tədbirlər görür.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

 

Türkiyə Prezidenti Suriyadakı proseslərə diqqət yönəldərək qeyd edib ki, qonşu ölkənin ərazi bütövlüyü məsələsi Ankaranın regional siyasətində əsas yer tutur.

 

“Biz Suriyanın parçalanmasını nəzərdə tutan planları dəstəkləməmişik, dəstəkləməyəcəyik. Suriyalı qardaşlarımızla birlikdə hadisələrin belə inkişafına imkan verməyəcəyik”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, “sabit Suriya qonşu ölkələr üçün də sabitlik mənbəyi olacaq”.

 

Ərdoğan Suriya xalqı və hökuməti ilə həmrəy olduğunu bəyan edib. Türkiyə Prezidenti iyulun 17-də Suriyanın keçid dövrünün lideri Əhməd Əl Şaraa ilə telefon danışığı apardığını da bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.