İran Prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Belarusa səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Minskdə jurnalistlərə İran İslam Şurası Məclisinin Belarus Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə deyib.
Belarus KİV-lərinin yaydığı məlumata görə, İran Prezidentinin qarşıdakı səfəri ikitərəfli layihələrin, o cümlədən humanitar sahədə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək.
"Bir sıra Qərb dövlətlərinin birtərəfli yanaşmalara can atdığı hazırkı geosiyasi vəziyyətdə Belarus və İran ədalətli və çoxqütblü dünya nizamını birlikdə qurmaq niyyətini təsdiqləyiblər", - Ə.Bağerzadə əlavə edib.