"Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonov iki ay müddətinə həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsinin qərarına əsasən, o, sentyabrın 20-dək həbsdə qalacaq.
Qeyd edək ki, Trifonov bir qrup şəxsə rüşvət verməkdə ittiham olunur.
İstintaqın versiyasına əsasən, Trifonov polis əməkdaşlarından xidməti məlumatları pul müqabilində əldə edib, sonradan həmin məlumatları "Telegram" kanalında yayımlayıb.