Azərbaycanla İsrailin əməkdaşlığı regional bir gücə çevrilə bilər.
Senzor.az bildirir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, “bu cür sərt qonşuluqda Azərbaycanın bu qədər inkişaf etməsi ölkə üçün şərəfli haldır”.
“Azərbaycan da İsrail kimi sərt qonşuluqda yaşayır”, - diplomat əlavə edib.