Bakı İstanbul səgisində bu silahları təqdim etdi - RUSİYA KANALI "NARAHAT" OLDU

İstanbulda keçirilən müdafiə sərgisində azərbaycanlı mühəndislər və istehsalçılar türk şirkətləri ilə sıx əməkdaşlıq edərək hazırladıqları silah və texnikanın bütöv bir xəttini təqdim ediblər.

 

Bu barədə “Kavkazar” Teleqram kanalı məlumat yayıb.

 

Nəşr Azərbaycanın təqdim etdiyi silahlar haqda bunları qeyd edib:

 

- Turan-1 - xüsusi təyinatlıların iştirakı və məsləhətləri ilə yaradılmış 7,62×39 çaplı avtomat. O, gələcəkdə bütün region üçün əsas atıcı silah kimi nəzərdə tutulub. Bundan əlavə, 5.56 kalibrli yeni xətt təqdim edildi;

 

- ITX-Motors, zirehli döyüş maşını, üçüncü modeli. O, dağlarda və səhralarda sınaqlardan keçib və yaxın vaxtlarda sənaye istehsalının tətbiqi gözlənilir;

 

- Süni intellektə malik dronlar, GPS-ə istinad etmədən işləyən “RD Smart” kamikadze dronları seriyası.

 

Axar.az xatırladır ki, “Kavkazar” “Rıbar”ın layihəsidir və Azərbaycanın İstanbul sərgisində iştirakından və təqdimatından “çox narahat” olduğunu gizlətməyib və atmacalarından da qalmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.