Türkiyədə meşə yanğınlarında FETÖ-çü izi - VİDEO

Türkiyənin Bursa vilayətinin Gürsu rayonunda başlayan və sürətlə yayılaraq ətraf əraziləri təsiri altına alan meşə yanğınlarının qəsdən törədildiyi məlum olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Qeyd olunub ki, bununla bağlı 30 yaşlı Ufuk Aytekin saxlanılıb. O, şübhəli davranışları ilə diqqət çəkib, təftiş zamanı isə maşınında benzin çəni tapılıb.

 

Saxlanılan şəxs istintaqa verdiyi ifadədə, 27 iyul gecəsi benzin alaraq Kışmanlar Parkında ağacları qəsdən yandırdığını etiraf edib. Onun əllərində və ayaqlarında yüngül yanıq izləri aşkar edilib. U.Aytekin psixoloji vəziyyətinin pis olduğunu və "ömürlük həbsdə qalmaq istədiyini" deyib.

 

Hüquq-mühafizə orqanları onun keçmişdə hərbçi olduğunu, 2021-ci ildə FETÖ-yə üzvlük ittihamı ilə vəzifədən uzaqlaşdırıldığını müəyyən edib.

 

Hadisə ilə bağlı istintaq davam edir.

 

Qeyd edək ki, hazırda təbii fəlakətlə mübarizə davam edir. Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində bir neçə yaşayış məntəqəsi təxliyə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.