Bakıda memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür
VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Komitədən Senzor.az-a bildirilib ki, məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir.

 

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985) bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir.

 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür: “Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür. Qeyd edirik ki, gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qarşısı qətiyyətlə alınacaq. Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verən vətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsində şəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaq”.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.