Avropa liderləri Bakıda İlham Əliyevlə şəkil çəkdirmək üçün NÖVBƏYƏ DURURLAR
VİDEO

Avropa İttifaqı dünyada baş verən kəskin dəyişikliklərə adekvat cavab verə bilmir.

 

Senzor.az bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Macarıstan–Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasından sonra deyib.

 

O qeyd edib ki, vaxtilə Azərbaycanla münasibətlərinə görə Macarıstanı tənqid edənlər indi Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə durublar: “Bəziləri başını quma soxaraq reallığı görməzdən gəlir, biz isə dəyişiklikləri vaxtında anlayaraq, sürətli qərarlar qəbul edib bunları öz xeyrimizə yönəltməyə çalışırıq. İndi həmin Avropa siyasətçiləri, vaxtilə bizi tənqid edənlər, Bakıda Azərbaycan Prezidentilə şəkil çəkdirmək üçün növbəyə dayanırlar”.

 

Nazir deyib ki, Macarıstan Azərbaycanın enerji, kənd təsərrüfatı, tikinti və dərman sənayesi kimi əsas sahələrdəki əməkdaşlığından ciddi fayda götürüb.

 

Siyarto Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayaraq, Qarabağın bərpasında iştirak etməyə hazır olduqlarını deyib. Onun sözlərinə görə, artıq Azərbaycan hökuməti Macarıstan layihələrini təsdiqləyib və Zəngilan rayonunun Soltanlı kəndinin bərpası üzrə tikinti işlərinə başlanacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.