Türkiyə Prezidenti İsrailin Dohaya hücumunu qınadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohada HƏMAS müzakirəçilərinə hücumunu beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması adlandırıb.

 

Bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Bu gün İsrailin Qətərdə HƏMAS-ın danışıqlar qrupuna hücumu bir daha nümayiş etdirib ki, İsrail baş nazirinin (Binyamin Netanyahu) hökuməti münaqişə və qeyri-sabitliyi dərinləşdirmək niyyətindədir. Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, həm də qardaş ölkəmizin təhlükəsizliyini və əmin-amanlığını hədəfləyir. Mən bu hücumu qınayıram".

 

Onun sözlərinə görə, Türkiyə strateji tərəfdaşı və dostu Qətəri tam dəstəkləyir.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə telefonla danışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.